Ötüb keçər gəncliyimin qatarı,
Payıza yox, üzü qişa gedirəm.
Qalmayıbdır ürəyimin tutarı,
Həsrət qaldım bir alqışa, gedirəm.
Öz işində mahir,usta qocalıq,
Qapımızı döyür asta , qocalıq.
Edər məni dərdli, xəstə qocalıq,
Aldanıban lal baxışa, gedirəm.
Sal qayalar sərt küləkdən daldadar,
Vüsal çətin mənim üçün bal dadar.
Fələk şirin sözləriylə aldadar,
Vuruluban zər naxışa, gedirəm .
Baxmayaraq qar-yağışa, gedirəm.
Kayıt Tarihi : 30.6.2018 13:38:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/30/alqisa-gedirim.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!