Sanırdım gözünün qarasında mən,
Könlünün köztutmaz yarasında mən.
Gözləndim çiçəklər arasında mən,
Eh, zalım fələyə yaman tuş oldum.
Bir zaman söylərdin “Qadanı alım”,
Indi uzaqdasan,dəyişir halım.
Elə acgöz imiş zəmanə zalım,
Anında üyütdü.Deyən nuş oldum.
Əllərin dəyməz ki daha telimə,
Acımaz gözümdən axan selimə.
Bir daha dönmərəm doğma elimə,
Payızda köç edən qaranquş oldum.
Allahım, bu tufan haradan əsdi,
Yağdırma dolunu fələk.Ta bəsdi.
Qarşımı qıfildən boran, qar kəsdi,
Qəlbi bahar ikən soyuq qış oldum.
Budaqdan qopur bax solmuş yarpaqlar,
Suyunu azaldır sərin irmaqlar.
Elə ki qovuşduq ana torpaqla,
Mən onu isidən nur alqış oldum.
Kayıt Tarihi : 27.3.2022 08:43:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2022/03/27/alqis-oldum.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!