Övladısan bu diyarın,
Səni xoşbəxt edib yarın.
Gözə-göyçək balaların,
Olar həmişə gərəyin.
Nəvələrin nazlı olsun,
Allı-güllü, yazlı olsun.
Istərəm ki duzlu olsun,
Təndirdəki çörəyin.
Xəbislər bizi anmasın,
Əziz-mehriban sanmasın.
Bilmirəm yansın, yanmasın
Alova atılan ürəyin.
14.06.2019
Kayıt Tarihi : 13.6.2019 11:27:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!