Qüvvət al obadan,eldən
Dağdan axan coşqun seldən.
Saçlrıma bəyaz teldən,
Cığır salma,ürəyim.
Qəmli etmə ala gözü,
Yaş ilə söndürmə közü.
Hər bir boş söhbəti,sözü
Vecə alma,ürəyim.
Sənin üçün ölməyənə,
Fərəhini bölməyənə.
Qiymətini bilməyənə,
Sadiq qalma.ürəyim.
Düşmüşük dərdi-mə`lala,
Həsrət qalmışıq vüsala.
Həyata keçməz xəyala,
Boş yerə dalma,ürəyim.
Sevincin odlu nəfəsi,
Açılıb bağlı qəfəsi.
Qəlb telində qəm nəğməsi,
Daha çalma,ürəyim.
Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 11:09:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!