Yoluma xalı sərmədin,
Mənə gül-çiçək dərmədin.
Bəs niyə salam vermədin,
Vuruldun üzdə xalamı.
Salam Allahın salamı.
Tərk etmədin qəfəsini,
Öldürdün eşq həvəsinin.
Verib soyuq nəfəsini,
Soldurdun nərgiz-lalamı,
Salam Allahın salamı.
Azalıbdır keyfim,nəşəm.
Dərd çəkməkdir mənim peşəm.
Palıd,xan çinarlı meşəm,
Bəyənmədinmi talamı,
Salam Allahın salamı.
Islanmışam yağışınla,
Ömrü bəzə naxışınla.
Bir çəpəki baxışınla,
Sən dağıtdın eşq qalamı.
Salam Allahın salamı.
Sevinc vurğunu qəzəlin,
Eşqlə yoğrulub əzəli.
Indi sevdiyin gözəlin
Gözü gözümdən alamı
Salam Allahın salamı.
Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 10:50:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/11/allahin-salami.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!