Alır, ezizim. Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Alır, ezizim.

Bənövşə kolunu qoparıb getdin,
Torpağı xəyala dalır, əzizim.
Vüsalı özünlə aparıb getdin,
Ayrılıq mənimlə qalır, əzizim.

Hələ dolmayıb ki vəslin səhəngi,
Sevgiylə vurmayır qəlbin ahəngi.
Sən hardan biləsən həsrətin rəngi,
Qaradan yaşıla çalır,əzizim.

Sevgiyə qan verib, qan alan zaman,
Həmişə pislikdə danlanan zaman.
Gözümün önündə canlanan zaman,
Ağlımı başımdan alır,əzizim.

Sevinc Arzulu
Kayıt Tarihi : 7.8.2020 06:29:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu