Alın meni Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Alın meni

ALIN MƏNİ

Hərdənbir şimşək tək qəlbimdə çaxır,
Hərdən də sel kimi qanımla axır.
Hərdən də könlümü yaman bərk sıxır,
Alın bu kədərin əlindən məni.

Qəm fərəh deyil ki tez gələ xoşa,
Qüssədən çətin ki ürəklər coşa.
Qəbr evinə mənimlə gedər qoşa,
Alın bu kədərin əlindən məni.

Həmişə gözümdə parlaq yaş olar,
Tökülər üzümə zər daş-qaş olar.
Bu qədər əzabdan ürək daş olar,
Alın bu kədərin əlindən məni.

Hər il neçə əzizimi itirdim,
Göz yaşıyla qəbr üstdə gül bitirdim.
Fərəh gəldi,qapıdanca ötürdüm,
Alın bu kədərin əlimdən məni.

Fərəh artıq əlçatmayan bir inci,
Qəm qələbə çalıb,heyhat, birinci.
Çox görməyin nolar mənə sevinci,
Alın bu kədərin əlindən məni.

Sevinc Arzulu
Kayıt Tarihi : 13.6.2018 06:37:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu