Vurub sökdün qəlb evinin himini.
İndi bədbəxt edəcəksən kimini,
Niyə oldun belə zalım, a dünya.
Dağılıbdır o möhtəşəm cəlalım,
Daha uçmur uzaqlara xəyalım.
O qədər çəkmişəm dərdi-məlalı,
Çətin xoş fikirə dalım, a dünya.
Axmaz belə nə Kür, nə də Həkəri,
Yaman qırdın ürəyimin simini,
Geriyə fırlanmaz çərxin təkəri.
Qalmayıbdır heç şirini,şəkəri,
Nədən acı dadır balım, a dünya.
Kimisinin bəxt quşunu uçurtdun,
Kimisini yuvasından köçürtdün.
Kimisinin qismətini qaçırtdın,
Kədərdən dil açar lalım, a dünya.
Sevincəm, sonsuzmu əbədiyyətim,
Bəllidir hamıya səmimiyyətim.
Ürəkdə qalmasın arzum, niyyətim,
Həyatdan kamnımı alım, a dünya.
Kayıt Tarihi : 29.6.2018 10:12:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!