Haystana rəxnə saldıq,
Qırx dörd günə zəfər çaldıq.
Qarabağı geri aldıq,
Bizik qələbəni dadan.
Cənab ali Baş Komandan.
Dünya bizə oldu heyran,
Hər igidə canım qurban.
Bütövləşər Azərbaycan,
Günəş doğar,sökülər dan.
Cənab ali Baş Komandan.
Dilimiz duada idi,
Hay sanki yuvada idi.
PUAlar havada idi,
Etdi düşməni sərgərdan.
Cənab ali Baş Komandan.
Duyub dağdan əsən mehi,
Içib ot üstündə şehi.
Neçə Qarabağ fatehi,
Nakam getdi bu dünyadan.
Cənab ali Baş Komandan.
Erməninin nədir dərdi,
Yox içində bircə mərdi.
Geri alınar Xankəndi,
Kömək olacaq yaradan.
Cənab ali Baş Komandan.
Kayıt Tarihi : 5.8.2023 15:55:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2023/08/05/ali-bas-komandan.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!