Tək qalıb dərd-sərimizlə,
Nəmlədirik gözümüzü.
Söylə, nədən əlimizlə,
Söndürürük közümüzü.
Çiçək tənha solan anda,
Ürək qəmlə dolan anda.
Niyə lazım olan anda,
Deyəmmirik sözümüzü.
Görüş kefi qaldırırkən,
Vüsal şirin bal dadırkən.
Başqasını aldadırkən,
Aldadırıq özümüzü.
Kayıt Tarihi : 30.6.2018 13:28:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!