Alandı könlüm Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Alandı könlüm

Sanırdım deyərsən-“məni bağışla”,
Sönməz eşqin odu qarla, yağışla.
Sən elə yandırdın bircə baxışla,
Atəşsiz odlara qalandı könlüm.

Dərdi dildə gəzər hey əfsanə tək,
Odlara yanar o bir pərvanə tək.
Qəmlənəndə dəli tək, divanə tək,
Əlçatmaz xəyala dalandı könlüm.

Qəm-kədərdən uzaq qaçıb da Sevinc,
Günəş olub işıq saçıb da Sevinc,
Bir gün də gözünü açıb da Sevinc,
Gördü eşq-məhəbbət yalandı, könlüm.
Fərəh satıb qəmi alandı könlüm.

Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 13:18:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu