Kədərli,qəmli hekayət,
Kimsə etməyib şikayət.
Əvvəli nağıl, rəvayət,
Sonun oldu yalan eşqim.
Sən idin canlı əfsanə,
Arzu-gəmiyə tərsanə.
Necə qıydılar de, sənə
Könül mülkü talan eşqim.
Düşürmü heç de, yadına,
Nələr dedilər adına.
Çatammadın muradına,
Daim ağlar, nalan eşqim.
Uzaq dur zalım,yamandan,
Ox çıxıb artıq kamandan.
Gərdişi dövri-zamandan,
Cəmi beş il çalan eşqim.
Seçilməyir ki mələkdən,
Baş açmaz hiylə-kələkdən.
Amansız, zalım fələkdən
Iki qiymət alan eşqim.
Kayıt Tarihi : 2.7.2021 19:05:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!