Alagöz deyirem Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Alagöz deyirem

Kədərindən eh, mənə nə,
Göz yaşlarım şeh, Çənə nə.
Ayaqlarım cəhənnəmə
Əllərimi çöz deyirəm.

Bu dünya bir dəvədi, get,
Səhra sarı gəbədi, get.
Söyləmirəm əbədi get,
Həsrətimə döz deyirəm.

Dərdlə, canım, qurtarmışam,
Hicri danıb qurtarmışam.
Sanma yanıb qurtarmışam,
Işıltıma köz deyirəm.

Yaxına gəl, olaq tanış,
Demə ayrılıqla barış.
Fikirlərim qarmaqarış,
Zikirimə söz deyirəm.

Muradına çatmaq olar,
Kölgəsində yatmaq olar.
Gözlərində batmaq olar,
Onçun alagöz deyirəm.

Sevinc Arzulu
Kayıt Tarihi : 25.7.2021 06:11:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu