Xəyalın köyümdə oba quracaq.
Məlalın könlümdə yuva quracaq.
Cəlalın köksümə hava vuracaq,
Gümanım qəlbimdə qalacaq mənim.
Ilahi günahı yaşıma keçsə,
Qocalıq soyuğu daşıma keçsə.
Hicranın böyrümə-başıma keçsə,
Həsrətin ilan tək çalacaq məni.
Pərişan hisslərin yoxdur sayı ya,
Görünməz gecənin bəyaz ayı ya..
Ol ruhun dönəcək ağ qağayıya,
Ölümün əlindən alacaq məni.
Kayıt Tarihi : 6.10.2020 11:53:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!