Alacağam men Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Alacağam men

Baş əyib Tanrının ədalətinə,
“Yox”deyib fələyin ədavətinə.
Qapılıb dünyanın ətalətinə,
Sənsizlik himnini çalacağam mən.

Itirib bahalı qaş-daşlarımı,
Qeyb edib istəkli qəlbdaşlarımı.
Silərək tökülən göz yaşlarımı,
Təkliyin dərdinə qalacağam mən.

Fələk bir gör neçə ocaq söndürüb,
Kədər fərəh hissin qəlbdə dondurub.
Zalımın pisliyin odda yandırıb,
Sənin qisasını alacağam mən.

Oyanıb qapının “Salam”zənginə,
Bürünüb dünyanın qəm ahənginə,
Bələnib sevginin qüssə rənginə,
Əbədi xəyala dalacağam mən.

Həsrəti tuşlanan bir ox bilmirəm,
Zalım fələk acmı ya tox, bilmirəm.
Ürəyində varam ya yox, bilmirəm,
Yolumu köksündən salacağam mən.

Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 13:13:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu