Al görüm Şiiri - Sevinc Arzulu

Al görüm

Mən gedirəm,əziz yarım,qəminlə
Dərd-sərinlə di təkbətək qal görüm.
Gəl vidalaş sevdiyin bəxt-kəminlə,
Son mənzilə özün yola sal görüm.

Ağı olar həsrətin ah-naləsi,
Bircə anda uçdu könül qaləsi.
Qapqaradır ağlar gözün haləsi,
Qoy üzünə qəm nişanı xal görüm.

Bilirəm ki,qüssə evin yıxacaq,
Gənc ömründən neçə illər çıxacaq.
Ölüm bir gün əllərini sıxacaq,
Mənsiz mənli xəyallara dal görüm.

Qaranlıqdır mənim bu dar mənzilim,
Əlim çatmır göz yaşını mən silim.
Az qalıbdır tamam ola bir ilim,
Qəbrim üstdə dayan bir an lal görüm.

Mənsiz gəldi ömrünüzə bu bahar
Tə`sir etməz ruha yağan yağış,qar.
Bilirəm ki səni üzür intizar,
Qisasımı düşmənimdən al görüm.

Sevinc Arzulu
Kayıt Tarihi : 16.6.2018 10:45:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu