Al görüm Şiiri - Dr İlhame Müslümova

Dr İlhame Müslümova
60

ŞİİR


3

TAKİPÇİ

Al görüm

Bir gün gəlib bir rahat yer dilərsən,
Ürəyimin açarını al, görüm …
Bəyənməsən sonra özün bilərsən))
Yoxlamaqçün bir gecəlik qal görüm…

Vaxt olub ki, yalan dilə uymuşam,
Tanımışam, usanmışam, doymuşam,
Mən sevgini ən ucaya qoymuşam,
Boyun çatsa onu ordan al, görüm))

Sevgi görsə sağalandı xəstələr,
Tək qalanda dərd adamı üstələr…
Səninçündü oxuduğum bəstələr,
Alqış elə, sən də bir əl çal, görüm …

Əzablarım görən bəhər verəcək?!
Yoxsa yenə eşqin qəhər verəcək?
Ömürboyu dilin zəhər verəcək?)
İnsaf elə, bir dəfə də bal görüm))

Dr İlhame Müslümova
Kayıt Tarihi : 5.1.2025 17:43:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!