Ahu-zar olalı Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Ahu-zar olalı

Neynək, belə yazıb qədər,
Ömür sürmüşük çox hədər.
Çəkdirdiyi qəm və kədər,
Dünya mənə yar olalı.

Geniş aləm qara zindan,
Səhər ertə sökülməz dan.
Bülbül susmayır bircə an,
Gül üstündə xar olalı.

Həsrətinin özü qordur,
Ayqılığın sözü şordur.
Məhəbbətin gözü kordur,
Eşitməz ki kar olalı.

Hicri heçə bilməyir ki,
Fonu seçə bilməyir ki.
Kimsə keçə bilməyir ki,
Vəslin yolu dar olalı.

Mənim qüssəli halımda,
Üz döndərib o zalım da.
Küsüb gedib qartalım da,
Dağ başında sar olalı.

Çəmən bürünüb ağ tülə,
Bağrım başı dönüb külə.
Əlim yetmir qızılgülə,
Kol dibində mar olalı.

Fələyin buyruğun edəm,
Hicranın yanına gedəm.
Qurumayır qoşa didəm,
Günüm ahu-zar olalı.

Sevinc Arzulu
Kayıt Tarihi : 17.10.2021 16:41:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu