Sevildin,sevdin gör kimi,
Sındır sehirli tilsimi.
Sən qəlbimin sarı simi,
Ürəyimin ahəngisən.
Könlüm yaxşı-pisi seçir,
Quşlar dəstə-dəstə köçür.
Ürəyimdən dava keçir,
Mənim üçün çal .”Cəngi” sən
Istəməm güllərin solsun,
Yaradan köməyin olsun.
Qoyma gözün yaşla dolsun,
Seçmə gəl qara rəngi sən.
Gözlərimdə yuxu,gülüm.
Kədərimin çoxu.gülüm.
Mənim üçün oxu,gülüm.
Sən nəğmələr çələngisən.
Sevinc səni hər vaxt anar,
Əliylə telin daranar.
Dönmə tufana,borana,
Nə olar bir az səngisən.
Kayıt Tarihi : 10.6.2018 16:10:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!