Taxtanı lövbər etmərəm,
Saxtanı gövhər etmərəm.
Heç zaman tövbə etmərəm.
Səni sevmək günahdımı?
Uzaq durum bad-yellərdən,
Aman-aman,dad sellərdən.
Kaş biləydim yad ellərdə,
Tanrı sənə pənahdımı.
Dinlədikcə söz-gapını.
Sandım sevdim ən safını.
Sevdamızın ətrafını,
Bürüyüb sis-çən.Ahdımı...
Kayıt Tarihi : 9.5.2020 08:58:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!