Ah qeder Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Ah qeder

Payız.Hava sərinləşir,
Itməyir ahu-zarın.
Günü-gündən dərinləşir,
Bitməyir intizarın.

Gecələri yatanı yox,
Süd gölündə batanı yox.
Alanı yox, satanı yox.
Bağlanıbdır bazarın.

Dağlar indi çənə qalıb,
Sarı sünbül dənə qalıb.
Deyən təkcə mənə qalıb,
Sənin giley-güzarın.

Həsrət gəlir şillə-şillə,
Hicran enir pillə-pillə.
Dərd söylərsən ağlar dillə,
Mənəm şair- yazarın.

Xatirələr axın-axın,
Rəngarəngdir.Yaxşı baxın.
Ölüm bir “Ah” qədər yaxın,
Qazılıbmı məzarın.
25.10.2021.

Sevinc Arzulu
Kayıt Tarihi : 29.10.2021 06:38:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu