Ah çekir Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Ah çekir

Taxtu-tac qurmayaq qüdrət önündə,
Biz boyun burmayaq möhnət önündə.
Lal-dinməz durmayaq həsrət önündə,
Zaman amansızdır, qəmdən meh çəkir.

Təbiət əzəldən gözəl bir rəssam,
Dəyişir tablonu hər səhər, axşam.
Gül üstdə, ay gülüm, lap mat qalmışam,
Göz yaşı əvəzi parlaq şeh çəkir.

Sevgidən dəniz tək çağlayan insan,
Həsrətin yolunu bağlayan insan,
Dünyaya gələndə ağlayan insan,
Dünyadan gedəndə niyə ah çəkir.

Sevinc Arzulu
Kayıt Tarihi : 29.6.2018 10:14:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu