Dediyini etdi fələk,
Qurammadıq hiylə,kələk.
Səni məndən aldı mələk,
Qarğıyımmı,qarğıyımmı.
Şöhrətli.şanlı sevdasın,
Cüssəli.canlı sevdasın
Kiminsə qanlı sevdasın,
Oğruyummu,oğruyummu.
Kim tapıb ki itiyini.
Doldurubdu ətəyini.
Qəmin qara kötüyünü,
Doğruyummu.doğruyummu.
Qəlb üşüyər şənsizlikdən,
Ağlarmısan mənsizlikdən.
Ay əzizim,sənsizlikdən
Ağrıyımmı,ağrıyımmı.
Sevinc Arzulu
Kayıt Tarihi : 20.6.2018 15:27:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!