Götürə bilərsənmi,
Vüsalın çəkdiyini.
Hicranın biçdiyini,
Həsrətin əkdiyini.
Eh, ağrılı ümidlər.
Ölüb, sabaha qalıb.
Qara-qara buludlar,
Batıb günaha, qalıb.
Yığıb saxladıqları,
Həsəddir, nifrət-kindir.
Sezib baxmadıqları,
Eşq yurduna sakindir.
Sanki bəyaz gecələr,
Layla çalır ömrümə.
Eh, neyçünlər,necələr
Kölgə salır ömrümə.
Sanki aydın səmada
Qəfildən şimşək çaxıb.
Quşlar donub havada,
Ulduzlar birdən axıb.
Yer üzü qürrələnib.
Ulduz yağışı üçün.
Ürəyim zərrələnib,
Sevda baxışı üçün.
Gedərəm lap sonuna,
Bu sevda nağılının.
Girərəm qəm donuna,
Yeyib kədər noğlunu.
01.10.2018
Kayıt Tarihi : 9.10.2018 15:07:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!