Dəli ömidimin əlindən tutub,
Elə yol gedərəm vüsala kimi.
Dəniz olduğunu bəzən unudub,
Göy sular çırpılar qumsala kimi.
Məni addım-addım izləyən həyat,
Sənin qabagına düşüb də gedir.
Məni öz-özümdən gizləyən həyat,
Səni görən kimi üşüdüm deyir.
Tutub göy üzünü ahım duman tək,
Günəşin özü də görünməyir, bax.
Tək-tənha qalanda ağlayır ürək,
Hərəkət etməyir. Döyünməyir bax...
09.03.2019
Kayıt Tarihi : 15.3.2019 06:49:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!