Sənin mənlə nə alverin, nə işin,
Mənim sənsiz qayğılarım başadan.
Qurbanıyam bu amansız gərdişin,
Tək Allahdır məni belə yaşadan.
Günü-gündən quruyub da tökülür,
Qoruduğum ümidlərin salxımı.
Xəyalımın ilmələri sökülür,
Çətin olur göy səmaya qalxımı.
Gözlərimin düşmənidir intizar,
Qapımızı bir də döysə, açmaram.
Gəl yaramı indi bağla, indi sar,
Qanasa da acısından qaçmaram.
Indi daha kövrəlməyin gecdir, gec.
Yerimizə ağlayacaq damcılar...
Ürəyimin qapısın açıb keç,
Yoxsa həsrət kürəyimi qamçılar.
Yığ başına yalanları, sən Allah
Istəyirsən doğrunu da götür get.
Biz bir daha görüşmərik, sən anla,
Gizlətdiyin oğrunu da ötür, get.
Üzümüzə açılmaz ki bir daha,
Qıfıllanıb xoşbəxtliyin qapısı.
Mən ki səni tapşırmişam Allaha,
Sən olmusan ürəyimin qanlısı.
11.04.2019
Sevinc Arzulu
Kayıt Tarihi : 11.4.2019 16:29:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2019/04/11/aglayacaq-damcilar.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!