Ağlatma Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Ağlatma

Saldığın cığır da kiçilib artıq,
Aldığın şərbət də içilib artıq.
Ömrümün taxılı biçilib artıq,
Qalıbdır təkcənə başağı, qayıt.

Yanında olmuşam çətin anında,
Sevgiyə sədaqət axar qanında.
Nə düşmən yanında, nə dost yanında,
Olmasın heç başım aşağı, qayıt.

Bir dəfə ağ libas geyinməyib ki,
Yaraşır, yaraşmır.Deyinməyib ki.
Sənə məhəbbətim böyüməyib ki,
Ağlatma bu körpə uşağı, qayıt.

Sevinc Arzulu
Kayıt Tarihi : 7.1.2023 10:49:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu