Ağlatdı Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Ağlatdı

Vüsal gülü solmazdı,
Kaş ki səhər doğmazdı.
Səni qəhər boğmazdı,
Acı həsrət ağlatdı.

Ala gözlər nəmliydi,
Səsin tonu bəmliydi.
Hekayət çox qəmliydi,
Lal şeriyyət ağlatdı.

Sis qarışıb dumanə,
Ox qoyulub kəmanə.
Səni zalım zəmanə,
Məni qürbət ağlatdı.

Danışıb gülmədiyin,
Izini silmədiyin.
Əzrail bilmədiyi,
Insaf, mürvət ağlatdı.

Ürəyimiz qan oldu,
Qovuşmayan can oldu.
Sonunda nakam oldu,
Saf məhəbbət ağlatdı.

Sevinc Arzulu
Kayıt Tarihi : 6.1.2023 16:08:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu