Ağlatdı hayat beni

Dr İlhame Müslümova
60

ŞİİR


3

TAKİPÇİ

Ağlatdı hayat beni


Həyat…

Nə çaldı, oynadım ona,
Hey ağlatdı həyat məni…
Girdi gündə milyon dona,
Hey ağlatdı həyat məni….

Dost dedim, ola bilmədi…
Dərdimə qala bilmədi…
Nə verdi, ala bilmədi ?!
Hey ağlatdı həyat məni …

Çək-çevirə düşdü sözüm,
Gülməz oldu, soldu üzüm,
Bulağa çevrildi gözüm,
Heyy ağlatdı həyat məni…

Elə bil qəsdimə durdu,
Hər gün yeni oyun qurdu,
Ən zəif yerimdən vurdu,
Hey ağlatdı həyat məni…

Bəxtimi şeytan daşladı,
Ruhum yayda da qışladı,
Doğulan gündən başladı,
Hey ağlatdı həyat məni…

Dr İlhame Müslümova
Kayıt Tarihi : 12.1.2025 23:35:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!