Ağlama, besdi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Ağlama, besdi

Fərhad olub dərd dağının qayasını dəl,
Fələk daha vurammasın sevdamıza pəl.
Nolar,gülüm, bircə dəfə görüşümə gəl,
Öz əlinlə vüsal yolun bağlama,bəsdi
Sil gözün yaşın Qaragilə,ağlama,bəsdi.

Edər daim sevənlərə zülüm,ayrılıq.
Yannam.qalar sənə təkcə külüm,ayrılıq.
Ürəyimi üzür yaman ,gülüm,ayrılıq.
Dəniz kimi kükrəyibən çağlama,bəsdi.
Sil gözün yaşın Qaragilə,ağlama.bəsdi.

Nə çəkdiyim iztiraba dodağın büzmə,
Nə üzümə göz yaşların muncuq tək düzmə.
Nə də xəstə ürəyimi dərdinlə üzmə,
Həsrətinlə sevən qəlbi dağlama,bəsdi.
Sil gözün yaşın Qaragilə,ağlama,bəsdi.

Sevinc Arzulu
Kayıt Tarihi : 13.6.2018 10:16:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu