Ağla, yar Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Ağla, yar


Günü-gündən uzaqlaşıb gözümdən,
Lal könlümü ayırdın da özümdən.
Od almadın lalə rəngli közümdən,
Həsrətimdən dağ çayı tək çağla yar.
Mənim üçün göz yaşı tök,ağla yar.

Bilirsənmi necə yaşadım sənsiz,
Gündüzü də gecə yaşadım sənsiz.
Gənc ömrümü heçə yaşadım sənsiz,
Gəkdirdiyin zülm gəlməz ağla, yar.
Mənim üçün göz yaşı tök,ağla yar.

Bir gün görüş baş tutacaq nəhayət,
Gülüm,o vaxt danışarsan hekayət.
Həyat qoşar min əfsanə,hekayət,
İnanmaram daha rəngli nağla,yar.
Mənim üçün göz yaşı tök,ağla yar.

Qəm dumanın dağıtmaz ki yel,səba,
Etdiklərin,fələk, gəlməz hesaba.
Dözəmmirəm çəkdirdiyin əzaba,
Qəm qapısın möhkəm-möhkəm bağla,yar.
Mənim üçün göz yaşı tök,ağla yar.

Zalım fələk məni yaman xar etdi,
Qulağını ah-naləmə kar etdi,
Qəm çölünə yağan bəyaz qar etdi,
Ürəyimə az sitəm et, dağla yar.
Mənim üçün göz yaşı tök,ağla yar.

Sevinc Arzulu
Kayıt Tarihi : 13.6.2018 06:58:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu