Aşiq dərddən ölən kəsdir,
Nalə qəlbdən gələn səsdir.
Qəm qapısın bağla, bəsdir,
Bağla, bağla ürəyim.
Könül qəmə kəniz olub,
Günəş üz, aybəniz olub.
Dalğalı bir dəniz olub,
Çağla, çağla ürəyim.
Məhəbbətdən baha yoxdur,
Sığınmaqçun kaha yoxdur.
Səni sevən daha yoxdur,
Ağla, ağla ürəyim.
Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 09:19:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/30/agla-ureyim.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!