Bax həsrətin düzünə,
Göz yaşı vur üzünə.
Başını qoy dizinə,
Xəyalınla bir ağla.
Dilləndirib sazını,
Ovut xan Arazını.
Istə hər murazını,
Qabağında pir, ağla.
Sən ey gözəl növcavan,
Yolun ilə get rəvan.
Kimsəyə etmə pünhan,
Ürəyimə gir, ağla.
27.02.2019
Kayıt Tarihi : 9.3.2019 10:21:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!