Ağır yük Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Ağır yük

Yenə də gurlayır səmada ildırım,
Bu ağır yükü mən de, necə qaldırım.

Yadımda sözlərin səslənir,
Adımda ah, nələr bəslənir.

Gözlərin görməyir kimsəni,
De, bunca incitdi kim səni.

Nə sonu, nə də ki əvvəli,
Inandım gör kimə mən dəli.

Hüsnünə yaraşıq verən var.
Gözünə gur işıq verən var.

Əlində piyalə,
Getmə xam xəyalə.

Xilas ki ettməyir fikirlər,
Səninçün imarət tikirlər.

Gir yaşa sədasız, səmirsiz.
Bir zaman gözəldin qənirsiz.

Illərmi qocaltdı, ya həsrət.
Deyirdin yaşasın məhəbbət.

Çox xoşbəxt yaaşadız,
Elə ilk addımda sənicə boşadı.

Tək qaldın ayrılıq içində.
Yol getdin hicranın köçündə.

Könlünə qəm-kədər dolacaq,
Qarşında sonuncu olacaq.

Quzunu tapşırdın qurdaca,
Ömrünü vur başa burdaca.

Sevinc Arzulu
Kayıt Tarihi : 1.5.2022 15:35:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu