Gəl oxuma belə qəmli.
Səsin zildi, həm də bəmli.
Onsuz da gözlərim nəmli,
Sən oxuma belə, qardaş.
Ağadadaş.
Yenə uçubdur xəyalın,
Nədir niyyətin, amalın.
Neynirsən dünya malını,
Səsin özü qiymətli daş.
Ağadadaş.
Duman bürüyübdür dağı,
Gözə görünməyir yağı.
Bir gün cənnət Qarabağı,
Düşmənlərdən alaydıq kaş.
Ağadadaş.
Hər günün qədrini bilək,
Kədəri qəlblərdən silək.
Ürəklərdə arzu-dilək,
Ol onlara yaxın sirdaş.
Ağadadaş.
Şuşada sən nəğmə oxu,
Al güllərdən çələg toxu.
Sarı simlərə az toxun,
Sevənə ol həmdəm, yoldaş.
Ağadadaş.
Kayıt Tarihi : 9.12.2023 08:41:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!