Ağ zolaq Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Ağ zolaq

Ildırımın çaxmağından nə fayda,
Işığından bəhərlənə bilmirik.
Bu sürgündə nə qanun var, nə qayda,
Əzabından qəhərlənə bilmirik.

Göz yaşını içimizə axıdaq,
Qəlbimizdə həyat eşqi cücərər.
Eşq himnini “Segah” üstdə oxudaq,
Yoxsa zülmət qaranlıqdır gecələr.

Bəlkə gecə ay işığın artırar,
Yolumuzu nurlandırar ağ zolaq.
Vüsal mehi ayrılığı yatırdar,
Təki biz həmişə bir yerdə olaq.
09.03.2019

Sevinc Arzulu
Kayıt Tarihi : 15.3.2019 06:54:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu