Ağ-qara ilme Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Ağ-qara ilme

Yeri də, göyü də çox gözəl bəzər,
Açılan səhərin dan şəfəqləri.
Göy libas geyinər alagöz Xəzər,
Yaraşar hüsnünə qan şəfəqləri.

Bəzən bu tablonun seyrinə dalıb,
Dayanıb duraram ayaqüstəcə.
Bütün bu gözəllik Tanrıdan qalıb,
Hər yan al-əlvandır, çox gözəl.Əcəb.

Bəzən kainatı titrədə bilər,
Körpəcə uşağın ayaq səsləri.
Röya gözlərinin yaşını silər,
Əbədi yatırdrar oyaq kəsləri.

Ilahi, nə olar, günahımdan keç,
Ayağım altında qarışqa qalıb.
Ilahi, sən ozün düz yolumu seç,
Xəyalım bilmədən qarışıq salıb.

Bəlkə mən haqlıyam, bəlkə sən .Bilməm.
Bəlkə taleyimə düşən kölgəsən.
Gözümdən qaçmaz ki ağ-qara ilmə,
Mənimçün həmişə doğma bölgəsən.

Sevinc Arzulu
Kayıt Tarihi : 7.1.2023 18:42:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu