Ağ-qara çıxar Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Ağ-qara çıxar


Külək yaman səs etsə də,
Toz-torpağı bəs etsə də.
Dünya rəngli fors etsə də,
Şəkillər ağ-qara çıxar.

Qəlbimdəkin kaş istəsəm,
Gözlərimdə yaş istəsəm.
Bəxtimdən daş-qaş istəsəm,
Qismətimə xara çıxar.

Vəslin işinə yarasam,
Bəyaz telini darasam.
Səadətə yol arasam,
Görən gedib hara çıxar?

Sevinc Arzulu
Kayıt Tarihi : 18.12.2019 07:04:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu