Ağ qağayılar Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Ağ qağayılar

Qızılgül oluban açmaq istəyir,
Ürəyim quş olub uçmaq istəyir.
Könül təbiəti qucmaq istəyir,
Başımın üstündə ağ qağayılar.

Göz yaşı heç tökmək istəmirəm mən,
Önündə diz çökmək istəmirəm mən.
Bezmişəm,dərd çəkmək istəmirəm mən,
Məndən uzaq dursun qara qayğılar.

Günəş yer üzünə fərəhlə baxır,
Səmadan torpağa zər nurlar axır.
Nədən göydə birdən ildırım çaxır,
Görən fələk indi kimi qarğıyar.

Sevinc Arzulu
Kayıt Tarihi : 14.6.2018 20:24:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu