Gözlərim sıldırım qayaya düşüb,
Ağacsız-uğacsız sayaya düşüb.
Özgəyə qazdığı quyuya düşüb,
Hicran həsrət ilə birgə boğular.
Uzaq ol kədərin qara daşından,
Qapqara gözündən,qara qaşından.
Isinməz heç zaman yad baxışından,
Ürəyimdə gözəl bir eşq doğular.
Əzəldən sevgiyə möhtacdır bəşər,
Sevənin qarşısın kəsəmməz ki şər.
Sonunda səmadan üç alma düşər,
Romanımız bənzəyər ağ nağıla.
Sevinc Arzulu
Kayıt Tarihi : 19.6.2018 07:51:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!