Ağ gül Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Ağ gül

Yay günündə yağan qardım,
Vüsalın yarasın sardım.
Zülmətin bağrını yardım,
Gecəni ağ gün eylədim.

Dərd quyusu,eh,nə dərin
Qədrin bilək lal qədərin.
Şah tək oturmuş kədərin,
Başına ağ kül əylədim.

Görəndə lalə,nərgizi,
Sevməyi necə tərgizim.
Hər yan əlvan gül sərgisi,
Əyilib ağ gül iylədim.

Sevinc Arzulu
Kayıt Tarihi : 12.12.2018 15:04:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu