Bir anlıq geriyə dönmürsən, qoca
Demirsən gözüyaş qadın qalıbdır.
Məzarı üstündə yeriyən qoca,
Başının daşında adın qalıbdır.
Sənli xatirələr daşa dönübdür,
Burada görüşlər əlçim-əlçimdir.
Ümidlər gözlərdə yaşa dönübdür,
Burada gülüşlər ağ göyərçindir.
Məzarın üstündə tər qızılgüllər,
Bir də ağ göyərçin salama gəlib.
Birləşməz dəli tək sevən könüllər,
Onların ah-zarı kəlama gəlib.
Kayıt Tarihi : 25.4.2018 09:45:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/04/25/ag-goyercin.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!