Ağ çeleng Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Ağ çeleng

Nə bilim bu dünyanı,
Ötürüb gedəcəkdir.
Nə bilim su dünyanı
Götürüb gedəcəkdir.

Nə bilim günün biri,
Solacaqdır arzular.
Bir anda min yaşına,
Dolacaqdır arzular.

Ümidin pəncərəsi,
Daha döyülməyəcək.
Nəsili, şəcərəsi
Daha öyülməyəcək.

Peşiman edəcəkdir,
Vaxtsız gələn qar, tufan.
Dağıdıb gedəcəkdir,
Həsrət gəldiyi zaman.

Üzümü tutacağam,
Gedən vüsala sarı.
Başıma yağacaqdır,
Dağların bəyaz qarı.

Özüm üşüməsəm də,
Ürəyim üşüyəcək.
Ardınca da dolunu,
Təbiət döşüyəcək.

Dözəcəyəmmi bnunca,
Şaxta, çovğun, sazağa?
Xatirən aparacaq,
Məni daha uzağa.

Orda nə surətini,
Nə şəklini görəcəm.
Ümidsiz ümidimdən,
Ağ çələng hörəcəyəm...

Sevinc Arzulu
Kayıt Tarihi : 7.10.2019 15:54:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu