Yox əvvəlki atəşin hərarəti,
Odu sönüb, közü qalıb Sevincin.
Qalmayıbdır cavanlıq məharəti,
Yalnız quru sözü qalıb Sevincin.
Cavanlıqda gözəldi,məsti-nigar,
Gül kimi soldurdu onu ruzigar.
Acı-şirin günlərindən yadigar,
Yaşla dolu gözü qalıb Sevincin.
Arzuları.ümidləri puç daha,
Heç eyləmə nə günah.nə suç daha.
Könül quşum,qanadlanıb uç daha,
Ruhu gedib.özü qalıb Sevincin.
Olmuş idi məhəbbətin fədası,
Yayılmışdı uzaqlara sədası.
Sığışmazdı yerə-göyə ədası,
Nə işvə, nə nazı qaııb Sevincin.
Günəş ilə açılmayır səhəri,
Könlündədir bir nisgilin qəhəri.
Şair deyər dönməz ömrün baharı,
Bir küləkli yazı qalıb Sevincin.
Kayıt Tarihi : 13.6.2018 07:16:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!