Sinənə min söz gələr,
Sanki atəş,köz gələr.
Təbrik edər özgələr,
Mübarəkdir ad günün.
Yaşın üstə gəlir yaş,
Tutmasın gözünü yaş.
Qocaldın yavaş-yavaş,
Mübarəkdir ad günün.
Gözlərin nəm olmasın,
Qəlbində qəm olmasın.
Sevincin kəm olmasın,
Mübarəkdir ad günün.
Qar,yağış tək ələnmə,
Sis,dumana bələnmə.
Heç zaman qüssələnmə,
Mübarəkdir ad günün.
Korşalmasın qoy yaddaş,
Qocalığa mərd yanaş.
Sevinc,adına yaraş,
Mübarəkdir ad günün.
Sevinc Arzulu
Kayıt Tarihi : 13.6.2018 07:15:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!