Eh, məni kimlərdən qorursan, ölüm
Həzrəti Süleyman, Qorqudsan ölüm.
Mənim həyəcanım,qorxumsan ölüm,
Görəndə ağarır bənizim səni.
Qəlbimi almağa çatdımı gücün.
Necə alınacaq görəsən öcün.
Hey məndən sorursan “Niyə? Nə üçün?”
Amma ki saymayır kənizim səni.
Başımın üstündən çəkilməz ki çən,
Heç səni görmədən dayanmaram mən.
Batmısan qoynunda əbədilik sən.
Bu sevda dalğalı dənizim sənin.
Deyirdim sevgidə daş-qaşım olsun.
Demirdim mərmərdən baş daşın olsun.
Daha deyəmmərəm yüz yaşın olsun.
Ad günün mübarək əzizim sənin.
Kayıt Tarihi : 26.5.2022 08:05:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!