Acı xatireler Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Acı xatireler

Dostum, bu nə səsdi, kiri,
Kövrəltməyə bəsdi biri.
Bəzən dadlı, bəzən şirin,
Bəzən acı xatirələr.

Yaş gəldikcə yaşım üstə,
Dən də qonur qaşım üstə.
Dolanırsız başım üstə,
Könül tacı xatirələr.

Tez söndürər oda düşcək,
Yatırdar qan-qada düşcək.
Gülümsərəm yada düşcək,
Qəm əlacı xatirələr.

Əl uzatsa aya yetər,
Dəniz görər, çaya yetər.
Çətinimdə haya yetər,
Qardaş, bacı xatirələr.

Nurlandırar xülyasını,
Sevər günəş şüasını.
Əskik etməz duasını,
Dindar, Hacı xatirələr.

Sevinc Arzulu
Kayıt Tarihi : 21.4.2022 14:53:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu