Gəl, səni qarşılayım,
Gülüynən, çiçəkiynən.
Məhəbbət aşılayım,
Gözəlin, göyçəyiynən.
Kədər uyumasın qoy,
Mehriban gözlərində.
Həsrət duyulmasın qoy,
Bal yağan sözlərində.
Sanki dünyanın yükü,
Bizim çiynimizdədir.
Sehirli Sümurq tükü,
Bu an əlimizdədir.
Yandırsam bu olanlar,
Anında heçə dönər.
Uydurmalar, yalanlar
Acı keçmişə dönər.
Yarəb, hələ istidir,
Çox duymuram acını.
Yerin başım üstüdür,
Allah kəssin bacını...
Kayıt Tarihi : 1.11.2019 15:16:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!