Nurlansın hər sabahın,
Tanrı olsun pənahın.
Bilirəm ki günahın,
Yoxuydu birimişcə.
A Bircə.
İnsanı aldadanlar,
Dili zəhər dadanlar.
Həyatında nadanlar,
Çoxuydu, dirimişcə.
A Bircə.
Kürəyində qamçılar,
Burnundan qan damcılar.
Ürəyinə sancılan,
Oxuydu irimişcə.
A Bircə.
Uçurtdun qəfəsini,
Boğmadın həvəsini.
Ömrün səhifəsini,
Oxudum kitrimişcə.
A Bircə.
Addım atma heç geri,
Qalib insan tək yeri.
Mən də sənə bu şeri,
Toxudum kirimişcə.
A Bircə.
Kayıt Tarihi : 22.12.2025 15:52:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!