57 yaşımız var Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

57 yaşımız var


Görən nə deyir insanlar,
Verməzlər xeyir insanlar.
Axı bir deyil insanlar,
Adamlıqda naşımız var.

Həsrət yalqız ölməyəcək,
Hicran onsuz gülməyəcək.
Kimsə silə bilməyəcək,
Gözümüzdə yaşımız var.

Həyat bizə biçər min don,
Geyinərik ya beş, ya on.
Brillyantdır, ya silikon.
Üzüklərdə qaşımız var.

Tanrım, göydən bərat gətir,
Sehirli al xalat gətir,
Billur qabda salat gətir,
Buludda ağ aşımız var.

Solub gedən bir gülük ki,
Gün saraldan ağ tülük ki...
Biz səninlə həmilik ki,
Əlli yeddi yaşımız var.
12.02.2019

Sevinc Arzulu
Kayıt Tarihi : 23.2.2019 15:54:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu